"CinemaPlus" Vudi Allenin "Möcüzələr çarxı" filminin nümayişinə başlayır - VİDEO

"CinemaPlus" Vudi Allenin "Möcüzələr çarxı" filminin nümayişinə başlayır - VİDEO Rolları Keyt Uinslet, Ceyms Beluşi, Cuno Templ, Castin Timberleyk, Maks Kazella ifa edirlər
Şou-biznes
20 Fevral , 2018 17:15
CinemaPlus Vudi Allenin Möcüzələr çarxı filminin nümayişinə başlayır - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" fevralın 22-dən etibarən "Möcüzələr çarxı" filminin nümayişinə başlayır.

"Report"un məlumatına görə, bu film yeni əsrdə Vudi Allenin kolleksiyasında peşəkar operator işi və Keyt Uinslet və Ceyms Beluşinin möhtəşəm oyunu ilə seçilən ən yaxşılardan sayılır. 

Film məşhur əyləncə parkının qaynıyan həyatında taleləri qovuşan dörd qəhrəman haqqında, ehtiras, qəddarlıq və satqınçılıq əhvalatıdır. Hadisələr Nyu-Yorkun mənzərəli Koni Aylend hissəsində cərəyan edir.

Rolları Keyt Uinslet, Ceyms Beluşi, Cuno Templ, Castin Timberleyk, Maks Kazella ifa edirlər.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi