Yuxarı

“CinemaPlus” “Subaylığın son gecəsi. Avropa” filminin nümayişinə başlayıb - VİDEO

“CinemaPlus” “Subaylığın son gecəsi. Avropa” filminin nümayişinə başlayıb - VİDEO
Bakı. 18 avqust. REPORT.AZ/ “CinemaPlus Amburan”da Fransa və Belçika istehsalı olan, komediya janrında çəkilən “Subaylığın son gecəsi. Avropa” filminin təqdimatı keçirilib.

“Report”un məlumatına görə, ekran əsəri “Cinemazadeh” studiyasında Azərbaycan dilinə dublyaj olunub.

Dublyajın rejissoru Rövşən Məmmədli, baş prodüseri Cəfər Axundzadə, redaktoru Vüqar Hüseynov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kazımzadə, icraçı prodüseri Emil Davudzadə, səs rejissoru Azad Vəliyevdir.

Filmdə obrazları Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Elçin Muradov, Vüqar Hüseynov, Hüsniyyə Mürvətova, Nəzakət Şahbazi, Rəksanə Vəliyeva və Zemfira Əbdülsəmədova səsləndiriblər. 

Xavier Gens rejissoru olduğu filmdə rolları Alix Poisson, Alice Belaïdi, Camille Zorel kimi aktyorlar canlandırıb.

Filmin ssenarisinə əsasən, işindən və iş yoldaşlarından bezmiş dostlar Budapeştə gedirlər. Onlar burada subaylar üçün unudulmaz toy qabağı əyləncə gecələrinin təşkili ilə məşğul olmaq qərarına gəlirlər.

Film 18+ tamaşaçılar üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi