CinemaPlus “Soyuq əllər, isti ürək” Yeni il yarmarkasında iştirak edir

CinemaPlus “Soyuq əllər, isti ürək” Yeni il yarmarkasında iştirak edir “CinemaPlus” kinoteatrı 1 dekabr-13 yanvarda Fəvvarələr meydanında “Nərgiz” fondunun dəstəyi ilə təşkil edilən “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.
Şou-biznes
25 Dekabr , 2019 10:03
CinemaPlus “Soyuq əllər, isti ürək” Yeni il yarmarkasında iştirak edir

“CinemaPlus” kinoteatrı 1 dekabr-13 yanvarda Fəvvarələr meydanında “Nərgiz” fondunun dəstəyi ilə təşkil edilən “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.

"Report" xəbər verir ki, yarmarkaya gələn qonaqlar “CinemaPlus” kinoteatrından hədiyyə kartları satın ala və ən son 4DX texnologiyası haqqında məlumat əldə edə biləcək. 

Xatırladaq ki, bu texnologiya “Dəniz Mall” ticarət mərkəzində ölkənin ən böyük kinoteatrı olan “Cinemaplus”da quraşdırılacaq.

İnnovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir. 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verənlərə cəlb edir.

Ticarət mərkəzinin açılışı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Ticarət mərkəzinin dizaynı londonlu dizayner Çapman Teylor tərəfindən hazırlanıb. O, dizayn zamanı Azərbaycanın gerbinin səkkizguşəli ulduzundan ilhamlanıb.

“CinemaPlus” 11 zal 1165 oturacaqdan ibarətdir. Ümumilikdə isə kinoteatrın tərkibinə 7 kinoteatr, 33 ekran və 3638 yer daxildir.

Son xəbərlər

Orphus sistemi