"CinemaPlus" son ayların ən reytinqli filmini dünya premyerasından 3 gün əvvəl nümayiş etdirəcək - VİDEO

"CinemaPlus" son ayların ən reytinqli filmini dünya premyerasından 3 gün əvvəl nümayiş etdirəcək - VİDEO Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir
Şou-biznes
3 İyun , 2016 16:40
CinemaPlus son ayların ən reytinqli filmini dünya premyerasından 3 gün əvvəl nümayiş etdirəcək - VİDEO

Bakı. 3 iyun. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus” 28 Mall ilk dəfə olaraq Azərbaycanda son ayların ən çox gözlənilən “Yalan illuziyası 2” filminin qapalı premyera öncəsi nümayişini dünya premyerasından 3 gün öncə keçirəcək.

“Report”un xəbərinə görə, Con M. Cudurun rejissorluq etdiyi filmdə baş rolları Deniel Redkliff, Mark Rufallo, Lizzi Kaplan, Morqan Friman, Maykl Keyn və başqaları oynayır.

“Dörd atlı” adlanan dünyanın ən yaxşı illuziyaçılar komandası yenidən toplaşıblar. Onların “magiyası” daha da müasir olub, düşmənləri isə - təhlükəli. Bu dəfə onlar öz şöhrətlərini qorumalı və qəddar texnomaqnatı ifşa etməkdir...

Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir. Tədbirə iri şirkətlərin sahibləri, şou biznes ulduzları, məşhur jurnalistlər və bloqqerlər dəvət olunub.

Məlumat üçün bildirək ki, tədbir iyunun 6-sı saat 19:00-da başlayacaq.

Qeyd edək ki, kinoteatr Azadlıq prospekti 45 ünvanında, "28 mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Xatırladaq ki, bu yaxınlarda, həmçinin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus" kinoteatrının açılışı baş tutub. Kinoteatr Nizami küçəsi 8 ünvanında "Xəmsə Park" Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün "CinemaPlus"un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi