“CinemaPlus” sabah endirim aksiyası keçirəcək - VİDEO

“CinemaPlus” sabah endirim aksiyası keçirəcək - VİDEO Biletlərin qiymətində dəyişiklik olacaq
Şou-biznes
21 İyun , 2016 14:50
“CinemaPlus” sabah endirim aksiyası keçirəcək - VİDEO

Bakı. 21 iyun. REPORT.AZ/ Premium kinoteatrı “CinemaPlus” "28 Mall" iyunun 22-də “Səviyyəli oğlanlar” kriminal komediya filminə endirim aksiyası keçirəcək.

“Report”un xəbərinə görə, günorta seanslarına biletin qiymeti 5 manat əvəzinə 3 manat, axşam seanslarına biletin qiymeti 7 manat əvəzinə 5 manat olacaq.

Şeyn Blekin rejissorluq etdiyi filmdə baş rollarda Rayan Qoslinq, Rassel Krou, Kim Besinqer, Enqauri Rays və Mett Bommer çəkiliblər.

Film mövzusuna gəlincə, incə pıtrağ, kobud sümükqıranın dostu olarsa nə olar? Muzdlu mühafizəçi Cekson Hili və şəxsi xəfiyyə Holland Març, əsrin cinayətinə çevrilmiş itmiş qız haqqında cinayət işini açmaq üçün məcbur birlikdə işləməlidirlər. Hər birinin öz fərdi metodu olduğu halda, görəsən onlar çətin rebusu həll edə biləcəklərmi...

Qeyd edək ki, kinoteatr Azadlıq prospekti 45 ünvanında, “28 mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyəyt göstərir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrı açılıb. Kinoteatr Nizami küçəsi 8 ünvanında “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Son xəbərlər

Orphus sistemi