"CinemaPlus" kinoteatrlar şəbəkəsinin yeni mobil əlavəsi yaradılıb - VİDEO

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin yeni mobil əlavəsi yaradılıb - VİDEO Bu seçilən premyeralara zamanında bilet alınmasına təkan verəcək
Şou-biznes
27 Aprel , 2016 11:50
CinemaPlus kinoteatrlar şəbəkəsinin yeni mobil əlavəsi yaradılıb - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrlar şəbəkəsi "CinemaPlus" İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni mobil əlavə yaradıb. "Report"un məlumatına görə, yeni mobil əlavə bütünlüklə yenidən yaradılıb və bir neçə maraqlı funksiyalar ilə təchiz olunub.

Mobil əlavənin əsas üstünlüklərindən biri odur ki, əlavəni tərk etmədən çox tez bir zamanda minimum vaxt və güc sərf etməklə kinoya bilet almaq olar. Qeyd olunan əlavənin digərlərindən fərqləndirən daha bir əsas xüsusiyyət var ki, o da telefonun ekranına iki toxunuşla gələcək premyeraları "Tezliklə" bölməsindən "Seçilmişlər" bölməsinə yönəltmək imkanıdır. 

Bu funksiyanın köməyi ilə seçilən premyeraların nümayişə çıxmağına 1 gün qalmış tamaşaçılara xüsusi xəbərdarlıq gələcək. Kinosevərlərin məşğulluğunu nəzərə alaraq, bu funksiyanın köməyi ilə onlara vaxtında xəbərdarlıq ediləcək ki, bu da seçilən premyeralara zamanında bilet alınmasına təkan verəcək.

Mobil əlavənin dizaynı düşünülərkən xüsusi göz yormayan rənglərdən və qrafikadan istifadə edilməsi qərarı verilib. Bu isə istifadəçiyə əlavəni uzun zaman tərk etmədən rahat faydalanmağa kömək edəcək.

Yeni mobil əlavə ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://play.google.com/store/apps/details?id=com....

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi