Yuxarı

“CinemaPlus” kinoteatrında yay mövsümünün açılışı keçirilib - VİDEO

“CinemaPlus” kinoteatrında yay mövsümünün açılışı keçirilib

“Amburan Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında yay mövsümünün möhtəşəm açılışı keçirilib.

"Report" xəbər verir ki, kinoteatrda musiqi müşayiəti altında əsl bayram əhval-ruhiyyəsi hökm sürüb.

Dekor bütünlüklə Elton Conun həyatından bəhs edən “Roketmen” bioqrafik müzikl-filminin mövzusunu əks etdirib. Qonaqlar böyük həvəslə kinoteatrda quraşdırılıb səsyazma studiyası formasında olan fotozonada şəkil çəkdiriblər. 

Tədbir “CinemaPlus”a premyerasından altı gün öncə təqdim olunmuş “Roketmen” filminin nümayişi ilə başa çatıb.

Filmin rejissoru Dekster Fletçerdir. Baş rollarda Teron Ecerton, Ceymi Bell və Brays Dallas Hovarddur.

Film əfsanəvi musiqiçi Elton Conun bütün həyatının əsas mərhələlərindən bəhs edən kinobioqrafiyadır. İzləyicilər hələ o vaxt Recinald Duayt olan Conun necə Kral Musiqi Akademiyasında təhsil aldığını və necə musiqi olimpinin zirvəsinə qalxdığını görəcəklər.

Tədbirin təşkilində "Amapola Exclusive Events", “Keyf-i Dem” restoranı, "Basilur", "Fresh Azcake" və "Ceylan" MMC köməklik göstəriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi