Yuxarı

​“CinemaPlus” kinoteatrında ən gözlənilən fantastik film “Betmen Supermenə qarşı: Ədalət çağında” - VİDEO

Dəmirdən olan adam Qara cəngavər ilə qarşılaşacaq

Bakı. 24 mart. REPORT.AZ/  Azərbaycanın premium kinoteatrı “CinemaPlus” Warner Brothers studiyasının istehsalı olan ən gözlənilən fantastik “Betmen Supermenə qarşı: Ədalət çağında” filminin nümayişinə başlayıb. "Report"un məlumatına görə, filmin süjeti Frenk Millerin “Qara cəngavərin qayıdışı” komikslərinin seriyasına əsaslanıb. Bunu fimin rejissoru Zak Snayeder də təsdiqləyib.

Cani kimi çıxış edənlər biri tanınmış Leks Lüterdi, hansının ki, rolunu Cessi Ayzenberq oynayıb. Supermen rolunda Henri Kavill çıxış edib, Betmeni isə ekranda Ben Afflek əks etdirib. Möcüzə - qadın Qal Qadot olub, Akvamen isə - Ceyson Momoa.

Super qəhrəmanın hərəkətlərinin nəzarətsiz qalacağından qorxan Qotem Sitinin keşikçisi, müasir dövrün ən çox hörmət bəslənən, Metropolisin xilaskarına çağırış edir, haçan ki, bütün dünya əslində hansı qəhrəmanın onlara lazım olduğunu qərarı verir. Və hələki Betmen və Supermen bir-biriləri ilə müharibə vəziyyətində olduqları vaxt, bəşəriyyətin indiyədək qarşılaşmadığı bir təhlükə yaranır. Dəmirdən olan adam Qara cəngavər ilə qarşılaşacaq.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi