Yuxarı

​“CinemaPlus” kinoteatrında “Ağbəniz və Ovçu 2” fantastik filminin nümayişi keçirilib - VİDEO

Filmə “Ağbəniz və Ovçu”nun ikinci rejissoru Sedrik Nikolya-Troyan quruluş verib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” “Ağbəniz və Ovçu 2” fantastik filminin nümayişinə başlayıb.

"Report" xatırladır ki, “Ağbəniz və Ovçu” filmi 2012-ci ildə ekranlara çıxıb. Filmin ikinci hissəsindəki hadisələr filmin orijinalında baş vermiş hadisələrdən sonra cərəyan edəcək. Şarliz Teron yenə öz pərəstişkarlarını qəzəbli kraliça Ravenna rolu ilə sevindirəcək, Kris Hemsvort isə yenə ovçu rolunu oynayacaq. Sevgi xəttini qorumaq üçün Ağbənizin yerinə Cəngavər qadın gəlib bu rolu oynamaq Cessika Çesteyinin üzərinə düşüb. Filmdə öldürücü ovçu legionunu yığan Freya kraliçası – Emili Blant personajının əhvalatının üstü açılacaq. Sevgi gedəndən sonra gözəl qızın ürəyi buza dönür. Hətta yüzlərlə krallıq belə onun iri döyüşkən yerişini saxlaya bilməz. Yalnız Ovçu qorxmur. O, lənətlənmiş meşədən keçərək öz taleyinə doğru gedir.

Filmə “Ağbəniz və Ovçu”nun ikinci rejissoru Sedrik Nikolya-Troyan quruluş verib.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi