Yuxarı

“CinemaPlus Gənclik Mall"da “Təhmin və Zaur" filminin premyerası keçiriləcək - VİDEO

“CinemaPlus Gənclik Mall"da “Təhmin və Zaur" filminin premyerası keçiriləcək - VİDEO
Film Bakı ilə yanaşı, Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus Gənclik Mall”da "Təhmin və Zaur" filminin premyerası keçiriləcək.

"Report"un məlumatına görə, gecənin qonaqları aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloqqerlər və KİV nümayəndələri olacaq. 

"Cinemazadeh" studiyasının istehsalı olan ekran işi oktyabrın 19-u saat 19:00-da baş tutacaq. Film Bakı ilə yanaşı, Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir. Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır.

Filmin mövzusuna gəlincə, tənha qadınları aldaraq dələduzluqla məşğul olan cavan oğlanın həyatında bir mələk peyda olur və ona yeddi gün ərzində evlənməyəcəyi təqdirdə, öləcəyini deyir. Sağ qalmaq üçün hər yola əl atmağa hazır olan qəhrəmanımızın başına gözlənilməz və gülməli hadisələr gəlir.

Premyeraya bileti "Cinema Plus"un rəsmi saytından (http://www.cinemaplus.az/az/films/t-hmin-v-zaur/), eyni zamanda "CinemaPlus Gənclik Mall" kinoteatrının kassalarından almaq olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi