Yuxarı

“CinemaPlus Gənclik Mall”da əməkdar artist Tünzalə Ağayevanın “Qoşa qanad” klipinin təqdimatı keçirilib

“CinemaPlus Gənclik Mall”da əməkdar artist Tünzalə Ağayevanın “Qoşa qanad” klipinin təqdimatı keçirilib
Qəmgin notlarda ekranlaşdırılan klipdə gənc qadının uşaqlıq illəri, ata və anası ilə birgə yaşadığı xatirələr canlandırılıb

Bakı. 27 fevral. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall”da əməkdar artist Tünzalə Ağayevanın "Qoşa qanad" mahnısına çəkilmiş klipin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimatda klipin ərsəyə gəlməsində iştirak edən şəxslər, incəsənət və media nümayəndələri iştirak ediblər.

Klipin təqdimatından əvvəl yaradıcı heyət çıxış edib. Tünzalə Ağayeva bildirib ki, bu, Azərbaycan pop musiqisinin kliplərin inkişafı sahəsində bir yenilikdir: "Mən bunu bir inqilab kimi dəyərləndirirəm. Klip animasiya janrında çəkilib. Sizlərdən xahiş edirəm ki, hər işə animasiya deyib bizim işimizin dəyərini öldürməyin".

Daha sonra klipin yaradıcı heyəti müğənninin fikrinə dəstək olaraq vurğulayıblar ki, klip 2D qrafikası ilə çəkilib: "Bu isə əziyyətli bir işdir  və əl ilə çəkilir".

Musiqinin sözlərinin müəllifi Yusif Nəğməkar qeyd edib ki, klipin mövzusu valideynlərə həsr olunub: "Ata və ana qoşa qanaddır, bizi xəyallarımızın arxasınca aparan da məhz o qanadlardır".

Yaradıcı heyət klipin ərsəyə gəlməsi prosesi haqqında sualları da cavablandırıb. Sonra klip təqdim olunub. Qəmgin notlarda ekranlaşdırılan klipdə  gənc qadının uşaqlıq illəri, ata və anası ilə birgə yaşadığı xatirələr canlandırılıb.

Klipin musiqisi Tünzalə Ağayevaya, sözləri Yusif Nəğməkara, aranjemanı isə Emin Kərim və Tünzalə Ağayevaya məxsusdur.

Animasiyanın rejissor və ssenari müəllifi Emin Mirabdullayev, rəssamı Kənan Şeyxzamanlı, montajçısı, qrafika ustası və animatoru Natiq Zeynalovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi