“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark” cizgi filminin təqdimatı keçirilib - VİDEO

“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark” cizgi filminin təqdimatı keçirilib - VİDEO Ekran əsəri 2017-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar səviyyədə dublyaj olunub
Şou-biznes
19 İyun , 2017 14:41
“CinemaPlus Ganjlik Mall” kinoteatrında “Spark” cizgi filminin təqdimatı keçirilib - VİDEO

Bakı. 19 iyun. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus Ganjlik Mall”da “Spark. Bəşəri Qəhrəman” cizgi filminin təqdimatı keçirilib. 

"Report" xəbər verir ki, ekran əsəri 2017-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar səviyyədə dublyaj olunub. 

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, prodüseri Tural Əsədov, səs rejisoru Orxan Həsənli, masterinq Azad Vəliyev, tərcüməçi Xumar Quluzadə, post prodakşn Vüqar İslamzadə, direktor Cəfər Axundzadədir.

Animasiya filmini əməkdar artistlər Murad Dadaşov, Sənubər İsgəndərli, Cabir İmanov, aktyorlar İslam Mehrəliyev, Hüsniyyə Məhərrəmova, Tural Əsədov, Azər Aydəmir, Rövşən Məmmədli kimi məşhur aktyor və aparıcılar səsləndirib.

Ailəvi komediya cizgi filminin rejissoru Aaron Vudlidı.

Qeyd edək ki, ekran əsərinin sujet xəttinə görə qüdrətli şər qüvvələr gözəl planeti zəbt edirlər və kainatı əsarət altına alırlar. Lakin heç nə Spark və onun dostlarını təslim olmağa məcbur edə bilmir. Əgər səndə cəsur və xeyirxah ürək, qalib gəlməyə əyilməz əzm və sadiq komanda varsa istənilən vəzifənin öhdəsindən gələ bilərsən. Kainatın xilası üçün ulduz tapşırığı başlayır.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi tamaşaçılara hər zaman xoş sürprizlər etməyə və onları kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə çalışır.  

Son xəbərlər

Orphus sistemi