“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq - VİDEO

“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq - VİDEO Hər bir döyüşçü qarşılaşmaya görə 100 milyon ABŞ dolları alacaq
Şou-biznes
23 Avqust , 2017 11:34
“CinemaPlus” əsrin boks döyüşünü canlı yayımlayacaq - VİDEO

Bakı. 23 avqust. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” və “CinemaPlus Gənclik Mall” premium kinoteatrları avqustun 27-si səhər saat 07:30-da çoxdan gözlənilən “The money fight” döyüşünü canlı yayımlayacaq. 

"Report" xəbər verir ki, qarşılaşma amerikalı boksçu Floyd Meyvezer hazırkı UFC çempionu olan irlandiyalı Konor Makqreqor arasında baş tutacaq.

Tarixi döyüşün keçirilmə məkanı Las-Veqas olacaq. Hər bir döyüşçü qarşılaşmaya görə 100 milyon ABŞ dolları alacaq. Döyüş iştirakçılarının və təşkilatçıların ümümi gəliri isə təxmin 636 milyon dollar olacaq.

Qeyd edək ki, "Money" ləqəbli amerikalı döyüşçü Floyd Meyvezer tarixdə ən çox qazanan boksçudur. O, bütün karyerası boyu 49 döyüş keçirib və hamısında qələbə qazanıb, 26 döyüşü isə nokautla başa vurub. Sonuncu dəfə o, rinqə 2015-ci ildə çıxıb. Boks karyerasını məhz Makqreqor ilə münasibətlərini aydınlaşdırmaq üçün 2017-ci ilin mart ayında bərpa etmək qərarına gəlib.

Konor Makqreqor Floyd Meyvezer-kiçikdən 11 yaş balacadır. Qarışıq döyüşlərdə 24 döyüş keçirib, onlardan 21-də qələbə qazanıb (18 nokautla), üçündə isə məğlub olub. O, UFC tarixində eyni zamanda müxtəlif çəki kateqoriyalarında ikiqat çempion olan ilk döyüşçüdür.

Son xəbərlər

Orphus sistemi