Yuxarı

“CinemaPlus”da “Ulduz doğuldu” musiqili filmin nümayişi keçirilib

“CinemaPlus”da “Ulduz doğuldu” musiqili filmin nümayişi keçirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan iki gün öncə “Ulduz doğuldu” musiqili filmin nümayişi keçirilib.

"Report" xəbər verir ki, "Ulduz doğuldu" Amerika musiqili dramı, klassik Hollywood filminin üçüncü remeykidir. Film tanınmış amerikalı ifaçı Lady Gaga ilə birlikdə əsas rollardan birini oynayan məşhur aktyor Bredli Kuperin rejissorluq debütüdür.

Filmdə həmçinin Sem Elliot, Deyv Çeppell, Entoni Ramos, Bonni Somervill və başqaları rol alıblar.

Filmdə Kantri-musiqiçi Cekson Meyn, hansı ki, karyerası aşağı düşür, bir gün tanınmamış istedadlı müğənni Elli ilə tanış olur. Qəhrəmanlar arasında sevgi macərası başlayır. Cek Elliyə uğur qazanmağa kömək edir. Lakin Ellinin musiqi karyerası inkişaf etdikcə Cek bir o qədər də aşağı düşən şöhrəti ilə barışa bilmir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi