Yuxarı

“CinemaPlus”da “The Game” komediya filminin təqdimatı keçirilib - VİDEO

“CinemaPlus”da “The Game” komediya filminin təqdimatı keçirilib - VİDEO
Komediyaya azərbaycanlı aktyorlar ilə yanaşı, türk kinoulduzları da cəlb olunub

Bakı. 1 aprel. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən və premium sinfindən olan “CinemaPlus” kinoteatrında “The Game” macəra komediya filminin təqdimatı keçirilib.

“Report”un məlumatına görə, premyera nümayişinə şou-biznes ulduzları, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, KİV nümayəndələri gəlib.

Premyerada “The Game” filminin aktyorları, KİV nümayəndələri ilə çəkiliş prosesinin təəssüratı ilə bölüşüblər, təkcə filmin özündə deyil, həm də səhnəarxası proseslərdə bol olan komik hadisələrdən danışıblar. 

Komediyaya azərbaycanlı aktyorlar ilə yanaşı, türk kinoulduzları da cəlb olunub.

Türkiyəli aktyor Eray Türk bildirib ki, azərbaycanlı kinematoqrafçılar ilə əməkdaşlıqdan məmnundur: “Azərbaycana səfərim zamanı Bakı, Şəki və Qəbələdə olmuşam”.

Qonaqlar kinoteatrın tamaşaçı zalında öz yerlərini tutandan sonra səhnəyə filmin çəkiliş qrupunun nümayəndələri dəvət olunublar. 

Filmin rejissoru Orxan Bayramov bütün bədii kollektivə minnətdarlığını bildirib.

Filmdə Serkan Genc, Ayşən Batiqun, Eray Türk, Vüsal Hacı Qadır, Gülşən Hüseynli, Yaroslav Trifonov, Bəhruz Vaqifoğlu, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, Abdulqani Əliyev, Pərvin Abıyeva, Şirzad Pirallahı və başqaları çəkiliblər.

Ekran işinin mövzusuna gəlincə, rus mafiozu Yurinin adamı Nikolay xəyanət edərək məşhur “Şərqin ürəyi” adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qovalamaca başlayır. Təsadüf nəticəsində xəritə üç sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduğunu tapmaq üçün İstanbulda yaşayan azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur “Şərqin ürəyi” adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiozu Yurinin adamları və azərbaycanlı mafioz Rüstəm öz adamları ilə bərabər gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi