“CinemaPlus”da “Startrek: Sonsuzluq” fantastik blokbasterin press-nümayişi olub - VİDEO

“CinemaPlus”da “Startrek: Sonsuzluq” fantastik blokbasterin press-nümayişi olub - VİDEO Filmin rejissoru Castin Lindırdir
Şou-biznes
21 İyul , 2016 16:57
“CinemaPlus”da “Startrek: Sonsuzluq” fantastik blokbasterin press-nümayişi olub - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ “CinemaPlus” 28 Mall premium kinoteatrında miqyaslı döyüş səhnələri ilə bol olan “Startrek: Sonsuzluq” fantastik filminin press-nümayişi keçirilib. 

“Report”un məlumatına görə, filmin rejissoru “Forsaj” franşizasının bir neçə filmləri üzərində işləyən Castin Lindırdir. 

Filmin prodüsseri isə “Ulduz müharibələri” filminin yeni epizodunun rejissoru olan Cey Cey Abramsdır.

Ekran əsərində baş rolları Kris Payn, Zakari Kuinto, Zoi Saldana və İdris Elba oynayıb.

Flimdə hadisələr beş illik missiyanın başlanğıcından iki il sonra baş verir. “Enterprayz” ulduz gəmisinin heyəti kapitan Ceyms T. Kirk başda olmaqla, komandası güclü və təhlükəli yad planetlilər tərəfindən hücuma məruz qalaraq naməlum planetdə yeni amansız düşmənlə münaqişəyə girir.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id10721...

https://play.google.com/store/apps/details?id=com....

Son xəbərlər

Orphus sistemi