Yuxarı

“CinemaPlus”da sehrli Yeni il festivalı keçirilib - VİDEO

“CinemaPlus”da sehrli Yeni il festivalı keçirilib - VİDEO
Santa Klaus paltarları geyinən musiqiçilər isə Yeni il melodiyaları ifa ediblər

Bakı. 7 yanvar. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi maskaradlı Yeni il festivalı keçirib.

“Report”un məlumatına görə, maskaradda böyüklərlə yanaşı, karnaval geyimləri geyinmiş uşaqlar da iştirak ediblər. Santa Klaus paltarları geyinən musiqiçilər isə Yeni il melodiyaları ifa ediblər. 

"28 Mall" və "Ganclik Mall" ticarət mərkəzlərində və yeni il dekorasiyası ilə bəzədilən kinoteatrların foyelərində yürüş keçirilib. Qonaqlar tamaşaçılar ilə birgə böyük həvəslə karnaval atmosferinə daxil olublar və xatirə şəkilləri çəkdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi