Yuxarı

"CinemaPlus"da "Qürur, ön mühakimə və zombi" filminin nümayişinə başlanılıb - VİDEO

Film Ceyn Ostinin məşhur romanının yeni düşünülmüş versiyasıdır

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "Qürur, ön mühakimə və zombi" triller filminin nümayişi baş tutub. "Report" xəbər verir ki, Set Qrem-Smitin eyniadlı kitabının əsasında çəkilən film Ceyn Ostinin məşhur "Qürur və ön mühakimə" klassik romanının yeni düşünülmüş versiyasıdır.

Filmdə cərəyan edən bütün hadisələr XVIII əsrin adətləri və intriqaları üzərində qurulub. Kimin kimlə nikahda olması artıq zombi hücumu ilə qarışıb. Elizabet Bennet və onun bacıları İngiltərəni zəbt edən yeriyən ölülərə qarşı müqavimət göstərmirlər. Darsi isə qızların müəllimi rolunda çıxış edir və onlara sağ qalmağın yollarını öyrədir.

Berr Stirsin rejissor və ssenaristi olduğu filmdə baş rolları Lili Ceyms, Lena Hedi, Mett Smit, Duqlas But, Cek Hyuston, Çarlz Dens və başqaları oynayıb.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi