"CinemaPlus"da "Qrimsbidən olan qardaşlar" komediyalı döyüş filminin nümayişinə başlanıb - VİDEO

"CinemaPlus"da "Qrimsbidən olan qardaşlar" komediyalı döyüş filminin nümayişinə başlanıb - VİDEO Filmin rejissoru fransız Lui Leteryedir
Şou-biznes
11 Mart , 2016 16:25
CinemaPlusda Qrimsbidən olan qardaşlar komediyalı döyüş filminin nümayişinə başlanıb - VİDEO

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da Böyük Britaniya istehsalı olan "Qrimsbidən olan qardaşlar" komediyalı döyüş filminin nümayişinə start verilib. "Report"un məlumatına görə, filmin süjeti kiçik ingilis şəhəri Qrimsbidən olan iki qardaşın əhvalatı əsasındadır.

Filmin rejissoru fransız Lui Leteryedir. Filmdə baş qəhrəman rolunu britaniyalı aktyor Saşa Baron Koen canlandırıb. Digər rollarda isə Ayla Fişer, Penelopa Kruz, Rebel Uilson və Mark Stronq çəkilib.

Filmin əsas mövzusu belədir: Nümunəvi xüsusi casusun həyata keçirdiyi çox məxfi əməliyyat yersiz bir vaxtda adekvat olmayan – azğın futbol fanatı və həddən artıq özbaşına olan qardaşına görə iflasa uğrayır. İndi qəhrəman öz həyatını və bundan başqa dünyanın başını almış təhlükədən xilas etməlidir. Bunu həll etmək isə yenidən tapılan qohumu ilə birgə demək olar ki, mümkünsüz bir məsələdir.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi