Yuxarı

“CinemaPlus”da “Qan bahasına” filminin Azərbaycan dilində nümayişi olub - VİDEO

“CinemaPlus”da “Qan bahasına” filminin Azərbaycan dilində nümayişi olub - VİDEO
Real hadisələr əsasında çəkilən filmdə inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs olunur

Bakı. 6 fevral. REPORT.AZ/ Premium kinoteatr “Cinema Plus Azerbaijan”da Azərbaycan dilinə dublyaj olunan “Qan bahasına” Hollivud filminin qapalı nümayişi olub.

“Report”un məlumatına görə, real hadisələr əsasında çəkilən filmdə inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edilir. 

Xatırladaq ki, “Qan bahasına” filmi 2017-ci ildə “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Rövşən Məmmədli, baş redaktoru Xətai Əli, prodüseru Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinqi Azad Vəliyev, tərcüməçisi Xumar Quluzadə, Post-prodakşn supervayzeri Vüqar İslamzadədir. Filmin səsləndirilməsində Rövşən Məmmədli, Azər Aydəmir, əməkdar artist Kazım Abdullayev kimi aktyorlar iştirak edib.

Filmin rejissoru Ben Yanqer, icraçı prodüser isə məşhur Martin Skorsezedir. Baş rollarda Maylz Teller, Aron Ekhar və Keti Saqal çəkilib. Filmdə boks üzrə məşhur çempionlardan biri Vinni Patsienstadan bəhs olunur. Belə ki, cavan və dəlisov Pazmanın karyerası ən pik vaxtda olanda dəhşətli qəza ilə onun planları bir anda dağıdır. Həkimlər onun heç vaxt gəzə bilməyəcəyini deyirdilər. Lakin Vinni heç nəyə baxmayaraq rinqə qayıtmaq qərarı verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi