“CinemaPlus”da “Qanunun zərif əli” komediyası nümayiş etdirilib

“CinemaPlus”da “Qanunun zərif əli” komediyası nümayiş etdirilib “CinemaPlus”da Fransa istehsalı olan “Qanunun zərif əli” komediyasının nümayişi keçirilib
Şou-biznes
3 May , 2019 11:47
“CinemaPlus”da “Qanunun zərif əli” komediyası nümayiş etdirilib

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilmiş Fransa istehsalı olan “Qanunun zərif əli” komediyasının nümayişi keçirilib.

"Report" xəbər verir ki, film Beynəlxalq Kann kinofestivalında "Rejissorların ikihəftəliyi" proqramında nümayiş etdirilib və "Dram müəllifləri və bəstəkarları cəmiyyətinin mükafatı"na layiq görülüb.

Ekran əsəri həmçinin doqquz kateqoriya üzrə "Sezar" mükafatına nominasiya olunub.

Kinonu Əlixan Rəcabov, Ofeliya Novruzqızı, Emin Nəsirli, Azadə Abbasova, Allahverdi Yolçiyev, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vüqar Hüseynov, Aytac Məmmədova və Nərmin Həlibova səsləndiriblər.

Dublyajın rejissoru Samir Ələskərov, redaktoru Vüqar Hüseynov, ingilis dilindən tərcümə Şəhla Əliqızı, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Ekran əsərini rejissoru Pyer Salvadoridir. Baş rollarda Adel Enel, Pio Marmay və Odri Totu çəkiliblər.

Ekran işinin süjet xəttinə görə, İvonn cavan polis müfəttişinə qəfil məlum olur ki, onun vəfat etmiş əri heç də ləyaqətli qanun keşikçisi olmayıb, onun günahı ucbatından Antuan adlı gənc 8 ilini türmədə keçirir. İndi İvonn, Antuanın normal həyata qaytarmaq üçün hər cür köməyə etməyə çalışır.

Tədbirin təşkilində  “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution və Şeh Su dəstək olublar.

Son xəbərlər

Orphus sistemi