Yuxarı

"CinemaPlus"da "Nümunəvi erkək 2" komediya filminin nümayişi olub

Rejissor eyni zamanda, gənc qızların sevimlisi, müğənni Castin Biberi də filmdə oynamağa dəvət edib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" dəb aləmindən bəhs edən "Nümunəvi erkək 2" yeni komediya filminin nümayişinə başlayıb. "Report"un məlumatına görə, filmin rejissoru Ben Stiller həm də ekran əsərinin ssenaristi və baş rol ifaçısıdır. 

Filmdə digər qəhrəmanlar Ouen Uilson, Penelopa Krus, Kristen Uiq və Uill Ferrel iştirak edir. Dizaynerlər Tom Ford, Tommi Hilfiger, Karl Lagerfeld, Viktoriya Bekhem və supermodellər Haydi Klum və Klaudiya Şiffer olub. 

Rejissor eyni zamanda, gənc qızların sevimlisi, müğənni Castin Biberi də filmdə oynamağa dəvət edib.

Filmin əsas mövzusu bütün dünyanı məşhurların qətl dalğasının bürüməsindən bəhs edir. Dəbdəbəli polis xüsusi agenti Qrosso Montana, bir vaxtlar ən yaxşılardan olan, indi isə azca solğunlaşmış kişi-model Derek Zulanderə kömək üçün müraciət edir. Görəsən indi o, əzəli dostu Hanselin dəstəsində olaraq dəb üzündən baş verən cinayəti dayandıra və təntənəli şəkildə dünya podiumuna qayıda biləcəkmi? Haradakı ümumi məşhurluq üçün bircə selfi bəs edər.

Xatırladaq ki, Paramount Pictures şirkəti filmin treylerinin rekord vurduğunu və bütün zamanların ən məşhur komediya treyleri olduğunu elan edib.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi