Yuxarı

"CinemaPlus"da "Məqbul müəllim 2" kriminal komediyasının nümayişinə başlanıb - VİDEO

Bora Dagtekinin rejissoru olduğu filmdə Elias Embarek, Yella Xaaze və Karolina Xerfurt rol alıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "Məqbul müəllim 2" kriminal komediya filminin nümayişinə başlanıb.

"Report" xəbər verir ki, Bora Dagtekinin rejissoru olduğu filmdə Elias Embarek, Yella Xaaze və Karolina Xerfurt rol alıb.

Filmdə keçmiş oğru, indi isə Göte məktəbində məqbul müəllim kimi çalışan Zeki Müllerin şagirdlər arasında qeyri-ənənəvi müəllimlik metodları ilə məşhur olmasından bəhs edilir.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi