Yuxarı

“CinemaPlus”da “Klaustrofoblar” trillerinin premyeradan öncə nümayişi olub - VİDEO

Bakı. 7 fevral. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında “Klaustrofoblar” psixoloji trillerinin premyeradan 2 gün öncə nümayişi keçirilib. 

"Report" xəbər verir ki, kinoteatr növbəti dəfə öz dekorasiyası ilə qonaqları təəccübləndirib.

Filmdə istifadə olunan kvest formatında qapalı məkanı imitasiya edən, içində halqalar şəffaf qutu formasında qeyri-adi dekorasiya quraşdırılıb. 

Nümayişdə  jurnalistlər, məşhur ifaçılar, şoumenlər və bloggerlər iştirak ediblər.

Filmin rejissoru Adam Robitel “Klaustrofoblar”larda əsas rollardan birini oynayıb. Digər obrazları Debora Enn Uoll, Taylor Labin, Teylor Rassel, Loqan Miller, Nik Dodani, Adam Robitel, Cessika Satton, Cey Ellis, Ceymi-Li Mani və Vere Tindale canlandırıblar.

Süjetin mərkəzində bir-birilərini tanımıyan altı nəfər gəncin əhvalatı dayanır. Hansılara ki, bir milyon dollar mükafatı olan kvestdə iştirak təklif olunub. İştirakçılar otaqdan çıxmalıdırlar, lakin tezliklə anlayırlar ki, yüksək texnoloji tələlər ilə dolu olan labirintə düşüblər. Qəhrəmanlar öz fərasətlərini və dözümlüklərini göstərməlidirlər, çünki mərcdə həyatlarıdır. Nəticədə sağ qalmaq uğrunda tamamilə təsəvvür olunmaz döyüş başlayır.

Tədbirin təşkilinə "Claustrophobia Baku kvesti" və Red Bull dəstək verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi