"CinemaPlus"da iqtisadi böhran haqqında film nümayiş olunur - VİDEO

"CinemaPlus"da iqtisadi böhran haqqında film nümayiş olunur - VİDEO Filmdə dünya şöhrətli aktyor Bred Pitt rol alıb
Şou-biznes
3 Fevral , 2016 17:34
CinemaPlusda iqtisadi böhran haqqında film nümayiş olunur - VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" da "Tənzimlənmə oyunu" filminin nümayişinə başlanıb. "Report" xəbər verir ki, qlobal maliyyə böhranından bəhs edən filmin rejissoru Adam McKeydir. 

Ekran işində Finn Vittrok, Bred Pitt, Kristian Beil, Selena Qomez və Karen Qillan rol alıb. 

Filmin mövzusu belədir: "Söhbət puldan düşəndə, vicdan susur. Hələ də ki, söhbət lap böyük pullardan gedərsə. Uzaqgörənlər, bir-birilərindən ayrı olaraq 2008-ci ildə baş verən dünya iqtisadi böhranını hələ Uollstritdə söhbət getməmişdən öncə proqnozlaşdırıblar. Artıq özləri istəmədən belə həmin proqnozlarla qazanmağa da başlayıblar". 

Qeyd edək ki, kinoteatr Azadlıq prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Keçən ilin dekabr ayında "28 Cinema" adını dəyişərək "CinemaPlus" olub.

Son xəbərlər

Orphus sistemi