Yuxarı

“CinemaPlus”da “İbtidai insan” animasiya filmi Azərbaycan dublyajında nümayiş olunub

“CinemaPlus”da “İbtidai insan” animasiya filmi Azərbaycan dublyajında nümayiş olunub
Onlar zinət əşyaları sevirdilər, dəridən topla oynayırdılar və hər biri birinci olmaq istəyirdi

Bakı. 9 aprel. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Böyük Britaniya və Fransa istehsalı olan “İbtidai insan” animasiya filminin nümayişi baş tutub.

"Report"un məlumatına görə, dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Xumar Quluzadə, tərcüməçisi və redaktoru Vüqar Hüseynov, baş prodüseri Cəfər Axundzadədir.

Filmi Əlixan Rəcəbov, Elman Rəfiyev, Nəzakət Məmmədli, Səid Nizami, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev, Vüsalə Məmmədzadə və Xumar Quluzadə səsləndiriblər.

Ailəvi komediya animasiya filminin rejissoru Nick Parkdır.

Cizgi filmi haqqında qısa məlumat: Daş dövrü və daha gec sivilizasiyalar - hər halda vəhşi əcdadlar, lakin onlar necə də bizə oxşayırdılar. Onların da çoxlu qohumları var idi, kişilər isə sevdikləri qadına görə mübarizə aparırdılar. Onlar zinət əşyaları sevirdilər, dəridən topla oynayırdılar və hər biri birinci olmaq istəyirdi...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi