"CinemaPlus"da "Ən yaxşı 8 görüş" filminin nümayişi olub - VİDEO

"CinemaPlus"da "Ən yaxşı 8 görüş" filminin nümayişi olub - VİDEO Filmdə Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin və başqaları çəkilib
Şou-biznes
4 Mart , 2016 17:58
CinemaPlusda Ən yaxşı 8 görüş filminin nümayişi olub - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da 8 mart ərəfəsində Rusiya istehsalı "Ən yaxşı 8 görüş" komediya filminin nümayişi olub. "Report" xəbər verir ki, Maryus Vaysberqin rejissoru olduğu ekran işində Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin və başqaları çəkilib.

Filmdə həmişə məzəli əngəllərə düşən Vladimir Zelenskinin qəhrəmanının şən sərgüzəştləri haqqında bəhs edir. Bu dəfə ona gözəl Vera Brejneva yoldaşlıq edəcək. Belə ki, günəşli günlərin bir günü baytar klinikasının uğurlu sahibi sağalmaz xəstəliyə düçar olub. Lakin o bunun həkim səhvi olduğundan heç şübhələnmir də və ciddi olaraq arvadı, uşaqları və biznesinin kimin qeydinə qalacağı haqqında fikirləşir. Ancaq birdən onun ağlına fikir gəlir, nə qədər təəssüfverici olsa da, artıq özünə əvəzedici tapmaq lazımdır.

Beləliklə, ciddi seçimdən sonra etibarlı və zərərli vərdişləri olmayan İlya adlı yanğınsöndürən xoşniyyətlilik bəhanəsiylə Sokolovların ailəsində məskunlaşır. Nikita “əvəzləmə” kodu adı altında gizli əməliyyata başlayır. Lakin Nikita səhhətinə heç bir təhlükə olmadığını anlayanda artıq gec olur! Gözəl İlyanı artıq hər cür sevməyi bacarıb, hətta baytar klinikasının xəstələri belə. Həyat uğrunda savaş yox, artıq sevgi uğrunda savaş başlayır.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi