Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da "Ekipaj" filmin press-nümayişi keçirilib - VİDEO

    Çəkilişlərdə əsl təyyarələrdən istifadə olunub və kadrlarda olan partlayışlar realdır

    Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da xüsusi effektler əsasında çəkilən "Ekipaj" filminin ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri üçün nümayişi keçirilib.

    "Report"un xəbərinə görə, ekran işi təyyarə ekipajının insanların güclü zəlzələnin episentrindən xilas edilməsi haqqında əhvalatdır. 

    Çəkilişlərdə əsl təyyarələrdən istifadə olunub və kadrlarda olan partlayışlar realdır.

    Nikolay Lebedevin rejissoru olduğu filmdə baş rollarda Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite və Katerina Şpiça çəkilib.

    Qeyd edək ki, "Ekipaj" gənc və istedadlı təyyarəçi Aleksey Quşindən bəhs edir. O, mənasız əmri yerinə yetirmədiyi üçün hərbi aviasiyadan qovulur, lakin gənc oğlan mülki təyyarələrdə uçmaq şansı əldə edir. O, həmkarı, ikinci pilot gözəl Aleksandra ilə birlikdə çox ciddi və prinsipial komandir Leonid Zinçenkonun rəhbərliyi altında sıfırdan yeni uçuş həyatına başlayır. Lakin yüzlərlə insanın həyatının xilas edilməsi söhbəti ortaya çıxanda hər şey ikinci plana keçir. Hər üçünün dünyanın kənarında alov, kül və qorxu hökmranlıq etdiyi zaman sağ qalmaq və yüzlərlə həyatı xilas etmək üçün yeganə şansı birgə hərəkət etməkdir.

    "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə filmin nümayişindən öncə çıxış edərək kinoteatrın fəaliyyəti və gələcək layihələr haqqında məlumat verib. Əsas yeniliklərdən biri kimi kinoteatrın yeni mobil əlavəsi qeyd edilib. Yeni mobil əlavənin xüsusiyyətləri açıqlanıb və tamaşaçılara köhnə mobil əlavəni silib, yenisi ilə əvəz olunması barədə məlumat verilib. 

    Bundan əlavə, ilk dəfə olaraq regionda - Gəncə şəhərində yeni "CinemaPlus Khamsa" kinoteatrının fəaliyyətə başlayacağı və mayın 1-də rəsmi açılışının olacağı bildirilib. 

    Gələcək layihələrdən də danışan Z.Darabzadə bu yaxınlarda "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən 9 zaldan ibarət növbəti "CinemaPlus Gandjlik" kinoteatrının faəliyyətə başlayacağı haqqında məlumat verib: "Bu da ölkənin ən böyük kinoteatrı olacaq. Bundan başqa, bu il "Amburan Mall"da 3 zallı kinoteatrın açılması da nəzərdə tutulub. 2017-ci ildə "Azərbaycan" kinoteatrında və Bakı İdman Sarayının (Neftçilər prospektində yerləşən keçmiş Əl Oyunları Sarayı) arxasında inşa olunan Caspian Waterfrontda "CinemaPlus"un digər şəbəkələrinin açılması planlaşdırılıb".

    Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və "CinemaPlus" adlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi