“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunmuş filmin premyera öncəsi nümayişi keçirilib

“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunmuş filmin premyera öncəsi nümayişi keçirilib Qonaqlar arasında azərbaycanlı reperlər də yer alıb
Şou-biznes
29 İyul , 2017 15:19
“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunmuş filmin premyera öncəsi nümayişi keçirilib

Bakı. 29 iyul. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur rep musiqiçi Tupak Şakurun həyatına həsr olunmuş “2 pac: Əfsanə” filminin mətbuat üçün nümayişi, axşam isə eyni filmin premyera öncəsi nümayişi keçirilib.

"Report"un məlumatına görə, qonaqlar arasında azərbaycanlı reperlərdən Malik Kələntərli, L-mir, Abdul Muzzy, Nadeer, Anar Nağılbaz, Orxan Qarabasma, Qurd, Dado, Uran, həmçinin şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və s. yer alıb. 

Benni Bumun rejissorluq etdiyi filmdə baş rolları Demetrius Şipp, Danay Cekesay və Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa ediblər.

Filmdə rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri əks olunub. Dəfələrlə həbs olunan və müxtəlif məsələlərdə ittiham edilən qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep sənətinin ən nüfuzlu simasına çevrilib.

Son xəbərlər

Orphus sistemi