“CinemaPlus”da “Ədəbsiz nənə” filminin nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da “Ədəbsiz nənə” filminin nümayişi keçirilib - VİDEO Filmin nümayişindən sonra ulduzlar və işçi heyəti ilə diskoteka təşkil olunub
Şou-biznes
2 Avqust , 2017 17:53
“CinemaPlus”da “Ədəbsiz nənə” filminin nümayişi keçirilib - VİDEO

Bakı. 2 avqust. REPORT.AZ/ “CinemaPlus Amburan Mall” premium kinoteatrında “Ədəbsiz nənə” filminin ulduzlu nümayişi keçirilib.

"Report"un məlumatına görə, tədbirin əsas qonaqları arasında filmin rejissoru Maryus Vaysberq, produser, aktyor və müğənni Aleksandr Revva, müğənni Qlukoza və “Jara” festivalının qonaqları Oleq Qazmanov, Svetlana Loboda, Natalya Bardo, Nastya Kudri, Olqa Buzova, Yuliya Baranovskaya, MBAND qrupu, Yekaterina Odintsova, Till Lindermann (Rammstein qruppu), Bella Potemkina, Aritik (Artem Umrixin), Artyom Sorokin, Sergey və Ekaterina Kojevnikovlar olub.

Premyera ulduzların qırmızı xalça üzərindən, yerli və Rusiya media nümayəndələrinin kameralarının qarşısından keçməsi ilə başlayıb.

Nümayişdən öncə Aleksandr Revva qonaqları salamlayaraq, film çəkilişləri barədə danışıb, rejissor Maryus Vaysberq və baş qəhrəman Natalya İonovanı (Qlukoza) tamaşaçılara təqdim edib. Qeyd edək ki, bu Natalyanın aktrisa obrazında debütü idi.

Filmin nümayişindən sonra ulduzlar və işçi heyəti ilə diskoteka təşkil olunub.

Rollarda Aleksandr Revva, Natalya İonova (Qlukoza), Filip Kirkorov, Yelena Valyushkina və başqaları iştirak edib.

Son xəbərlər

Orphus sistemi