“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” filminin eksklüziv nümayişi keçirilib - VİDEO

“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” filminin eksklüziv nümayişi keçirilib - VİDEO Bakı. 15 avqust. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı müziklin eksklüziv nümayişi keçirilib.
Şou-biznes
15 Avqust , 2018 15:29
“CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” filminin eksklüziv nümayişi keçirilib - VİDEO

Bakı. 15 avqust. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən Azərbaycanın premium kinoteatrı “CinemaPlus”da Dolby Atmos formatında “Mamma Mia! 2” komediyalı müziklin eksklüziv nümayişi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə qonaqlar arasında iştirak edən məşhur səs rejissoru Azad Vəliyev filmə baxdıqdan sonra öz rəyini verib: “Dolby Atmos formatında “Mamma Mia! 2” müzikl filmi, əlbəttə ki, tamaşaçılara əsl hədiyyədir və filmi izləyən hər kəs xeyli həzz alacaq. Film ona görə maraqlıdır ki, filmdəki musiqi tərcümə və dublyaj olunmayıb. Musiqi orijinal olaraq səslənir, hansı ki, səsin keyfiyyətindən və filmin rejissoru göstərmək istədiyi hər şeydən həzz almaq imkanı verir. Mənə səs rejissoru olaraq ingilis dilində mahnı yollarından sonra rus dublyajına keçidi izləmək çox maraqlı idi. Ona görə də kinoda səs və texniki hissə ilə maraqlanan adamlara da gələrək qulaq asıb izləmək və filmə Dolby Atmos formatında baxmaq çox maraqlı olacaq”.

“Mamma Mia! 2” - amerikalı rejissor Oliver Parkerin əfsanəvi Mamma Mia! müziklinin kinoadaptasiyasının ikinci hissəsidir.

Rollarda Kristin Baranski, Lili Ceyms, Amanda Sayfred, Dominik Kuper, Pirs Brosnan, Endi Qarsiya, Culi Volters, Kolin Fert, Stellan Skarsqard, həmçinin Şer və Meril Strip yer alıb. Bundan başqa, filmin produseri rolunda ABBA qrupunun iştirakçıları, filmə öz mahnı və musiqilərini hədiyyə edən Benni Andersson və Byern Ulveus çıxış ediblər.

Film haqqında qısa arayış: Cənnət məkanı olan yunan adalarına yollanmaq, möhtəşəm şəhərin küçələrində gəzmək, səhərə kimi rəqs etmək və bir könüldən min könülə aşiq olmaq - bundan yaxşı nə ola bilər? Nəinki yay, hətta bütün həyat üçün möhtəşəm plandır!

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Son xəbərlər

Orphus sistemi