"CinemaPlus"da "Cəngəllik kitabı" nağılı başlayır - VİDEO

"CinemaPlus"da "Cəngəllik kitabı" nağılı başlayır - VİDEO Ekran işi Redyard Kiplinqin yazdığı məşhur bədii əsərin nəticəsidir
Şou-biznes
7 Aprel , 2016 10:14
CinemaPlusda Cəngəllik kitabı nağılı başlayır - VİDEO

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" bu gündən etibarən "Cəngəllik kitabı" nağılı əsasında çəkilən macəra filminin nümayişinə başlayıb. "Report"un məlumatına görə, ekran işi Redyard Kiplinqin yazdığı məşhur bədii əsərin nəticəsidir.

Film balaca oğlan uşağından bəhs edir. Hansı ki, zaman-zaman baş verən faciəvi hadisələr səbəbindən Hindistanın cəngəlliklərinə düşür. Orada onu canavarlar tapır və tərbiyə üçün öz sürülərinə götürürlər. Uşaq canavar balalarının böyüdüyü şəraitdə böyüməyə başlayır.

Con Favronun rejissoru olduğu filmdə baş rollarda Skarlett Yohansson, Bil Mürrey, Lupito Nionqo, İdris Elba, Cakarlo Espozito, Kristofer Uoken və Nil Seti çəkilib.

Məlumat üçün bildirək ki, "Cəngəllik kitabında" başqa maraqlı və diqqəti cəlb edən qəhrəmanlar da var. Bu nəhəng ayı və cəngəlliyin ən gözəl sakini – qara panterdir. Hər ikisi hədsiz dərəcədə insan balasına sədaqətlidirlər və hər cür onu qoruyurlar. Məşhur piton Kaa isə burada nəinki mənfi qəhrəman olur, həmçinin qadın cinsindən çıxış edəcək. Balaca insan balasını Hindistan cəngəlliklərində çoxlu macəralar gözləyir, harada ki, ən güclü heyvanlar belə hər zaman sağ qala bilmirlər.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və keçən ilin dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi