“CinemaPlus”da “Bohem rapsodiyası” filminin premyeradan öncə nümayişi keçirilib

“CinemaPlus”da “Bohem rapsodiyası” filminin premyeradan öncə nümayişi keçirilib Bakı. 2 noyabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında əfsanəvi ifaçı Fredi Merkuriyə həsr olunan bioqrafik dram filmi “Bohem rapsodiyası”nın premyeradan öncə nümayişi keçirilib.
Şou-biznes
2 Noyabr , 2018 12:18
“CinemaPlus”da “Bohem rapsodiyası” filminin premyeradan öncə nümayişi keçirilib
Report/Elchin Murad

Bakı. 2 noyabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Dolby Atmos formatında əfsanəvi ifaçı Fredi Merkuriyə həsr olunan bioqrafik dram filmi “Bohem rapsodiyası”nın premyeradan öncə nümayişi keçirilib.

"Report" xəbər verir ki, nümayişin əsas özəlliyi elektron gitara ilə fotosessiya və qeyri-adi şou proqram olub.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, əməkdar artist Maqsud Məmmədovun canlandırdığı Freddi Merkyuri obrazı tədbirdə iştirak edən qonaqlarda xoş nostalji hissləri yaradıb.

Daha sonra Emin Useynovun rəhbərliyi altında “NERO” şou baletinin gözlənilməz fleşmobu keçirilib. Şou proqram “Queen” qrupunun əfsanəvi və məşhur müsiqilərinin Elvin Novruzov (L`veen), Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Əlişan kimi gənc istedadlı müğənnilərin canlı ifası ilə sona çatıb.

Şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və böyük qurumların rəhbərləri gecədə kinoteatrın qonaqları olublar.

“Bohem rapsodiyası” - əfsanəvi müğənni Freddi Merkyuri obrazını canlandıran “Mister Robot” serialının ulduzu Rami Malekin iştirakı ilə Queen rok-qrupunun tarixindən bəhs edən ABŞ və Böyük Britaniya istehsalı olan bioqrafik dram filmidir. Filmin quruluşu ilə öncədən Brayan Sinqer (“İks Adamlar” franşizəsi) məşğul idi, lakin çəkilişlər zamanı o, sağlamlığında yaranan problemlərə görə layihəni tərk edib və onun yerinə Dekster Fletçer (“Eddi “Qartal””, Vəhşi Bill”) gəlib.

Baş rollarda Rami Malek, Lyusi Boynton, Cozef Matssello, Mayk Mayers, Ben Hardi, Eydan Qillen, Qvilim Li, Tom Hollander, Allen Liç və Cess Radomska çıxış edirlər.

Filmdə “Queen” qrupunun, onların musiqisinin və planetin ən sevimli ifaçılarından biri olmaq üçün steriotiplərə sinə gərən qrupun görkəmli vokalisti Freddi Merkürinin qələbəsindən bəhs olunur. Ekran əsəri qrupun əfsanəvi mahnıları və inqilabi səsləri sayəsində uğura aparan başgicəlləndirici yolu, Merkyurinin həyat obrazı idarəetmədən çıxdıqdan sonra kollektivin dağılmasını və rok-musiqi tarixində ən möhtəşəm çıxışlardan hesab olunan Live Aid konserti ərəfəsində onların zəfərli birləşməsini əks etdirir.

Tədbirin təşkilində NERO DANCE CENTER və "Azeri Express" kuryer xidməti dəstəyi göstəriblər.

Son xəbərlər

Orphus sistemi