"CinemaPlus"da Azərbaycan istehsalı "Axırıncı Yol" yeni komediya filminin nümayişi olacaq - VİDEO

"CinemaPlus"da Azərbaycan istehsalı "Axırıncı Yol" yeni komediya filminin nümayişi olacaq - VİDEO Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayevdir
Şou-biznes
22 Fevral , 2016 17:19
CinemaPlusda Azərbaycan istehsalı Axırıncı Yol yeni komediya filminin nümayişi olacaq - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da martın 1-dən "ATV&İLK media" istehsalı olan "Axırıncı Yol" adlı maraqlı macəra komediyasının nümayişi başlayacaq. "Report"un məlumatına görə, çəkilişlər ötən ilin avqust-oktyabr aylarında İsmayıllı və Bakıda olub.

"Axırıncı Yol" macəra komediyası "Bozbash Pictures"in qəhrəmanları - Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi" adı ilə cinayətin izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

Rollarda İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və başqaları çəkilib.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi