Yuxarı

“CinemaPlus”da Azərbaycan dilində “Sirli Toy Store” cizgi filminin nümayişi başlayıb - VİDEO

“CinemaPlus”da Azərbaycan dilində “Sirli Toy Store” cizgi filminin nümayişi başlayıb - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Ana dilinin təbliği” layihəsi çərçivəsində “The Toy Store Azerbaijan”nın dəstəyi ilə 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj olunan yeni “Sirli Toy Store” cizgi filminin nümayişinə başlayıb.

"Report" xəbər verir ki, dublyajın rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdülhəsənov, səs rejissoru Orxan Ağalarov, redaktor və tərcüməçi Vüqar Hüseynov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini Rövşən Məmmədli, Elşən Rüstəmov, Elman Rəfiyev, Rəhim Rəhimov, Vüsal Xaliqoğlu, Vüsal Mustafayev, Vüsal Hacıqədir, Vagif Aslanov, Müşviq Mirzəzadə, Vüqar Hüseynov, Mətanət Abbas, Nəcibə Hüseynova, Nəzakət Şahbazi və Zemfira Əbdülsəmədova səsləndiriblər. Uşaq rollarını Cavad, Səid və Cahangir dublyaj ediblər. 

Ailəvi cizgi filminin rejissoru Qeri Vandır.

Filmin məzmununa gəlincə, Taymbot robotu kosmik gəmi qəzaya uğrayandan sonra Yer kürəsinə, oynayan və sakit həyat yaşayan oyuncaq mağazasına düşür. Mağazanın oyuncaq sakinləri gecələr isə köməkçiləri Şmıqun və Piskunun köməyi ilə qonşu mağazadan dostlarını oğurlayan “Zirzəmi Hökmdarı” ilə bir-birilərini qorxudurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi