"CinemaPlus" Azərbaycan dilində subtitrlərin tətbiqinə başlayıb

"CinemaPlus" Azərbaycan dilində subtitrlərin tətbiqinə başlayıb Tezliklə "CinemaPlus" kinoteatrı tamaşaçılara maraqlı dünya premyeralar toplusunu təqdim edəcək
Şou-biznes
6 May , 2016 14:41
CinemaPlus Azərbaycan dilində subtitrlərin tətbiqinə başlayıb

Bakı. 6 may. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi "CinemaPlus" Hollivud filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlayıb.

"Report"un məlumatına görə, bu, filmləri orijinal dildə nümayiş etdirməyə imkan verəcək.

İngilis dilində filmlərin Azərbaycan subtitrləri ilə nümayişinin aktyorların əsl səslərini eşitmək, öz xarici dil biliyini artırmaq və bəzən dublyajın təhrif etdiyi xarici ifadələrin səslənməsindən həzz almaq kimi bir sıra üstünlükləri var.

Tezliklə "CinemaPlus" kinoteatrı tamaşaçılara maraqlı dünya premyeralar toplusunu təqdim edəcək.

Qeyd edək ki, "Azadlıq" prospekti, 45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi