Yuxarı

“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək - VİDEO

“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək - VİDEO
Seanslararası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında fevralın 18-dən 19-na keçən gecə üç filmin iştirakı ilə növbəti kinomarafon keçiriləcək.

“Report”un məlumataına görə, gecə saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Pazmaniya Şeytanı”, “Niyə o?” və “Aramızdakı kosmos” filmləri nümayiş olunacaq.

Seanslararası fasilələrdə musiqi müşaəti, furşet masası, alkoqollu və alkoqolsuz içkilər masası olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar.

Biletin qiyməti: 25 AZN. VIP 40 AZN

Əlavə məlumat: 012 499 89 88 və ya 119

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi