“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək

“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək Qonaqlar üçün “Pis Santa”, “Yolkalar 5” və “La-La Lend” filmləri nümayiş olunacaq
Şou-biznes
11 Yanvar , 2017 13:40
“CinemaPlus Azerbaijan” kinoteatrında “Kino gecəsi” keçiriləcək

Bakı. 11 yanvar. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” kinoteatrında yanvarın 13-dən 14-nə keçən gecə üç filmin iştirakı ilə kinomarafon keçiriləcək.

“Report”un xəbərinə görə, saat 23:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Pis Santa”, “Yolkalar 5” və “La-La Lend” filmləri nümayiş olunacaq.

Seanslar arası fasilələrdə hər kəsi musiqi müşayiəti ilə Yeni İl ab-havası gözləyir. Həmçinin, furşet masası, alkoqollu və alkoqolsuz içkilər olacaq, müsabiqələr keçiriləcək.

Biletləri “CinemaPlus Azerbaijan” kinoteatrının kassalarından əldə etmək olar. Biletin qiyməti 25 AZN-dir. VIP zal üçün isə məbləğ 40 AZN təşkil edir. 

Əlavə məlumat üçün 012 499 89 88 nömrəsi və ya 119-la əlaqə saxlamaq olar. 

Son xəbərlər

Orphus sistemi