Yuxarı

"CinemaPlus" ABŞ-ın super döyüş filminin nümayişinə başlayıb - VİDEO

Filmin mövzusu 2012-ci illərdə Benqazi və Liviyada baş verən hadisələri əhatə edir

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "13 saat: Benqazinin sirli əsgərləri" filminin nümayişinə başlanıb. "Report" xəbər verir ki, Mayk Beyin rejissorluq etdiyi filmdə Tobi Stivens, Con Krasinski, Freddi Stroma, Pablo Şrayber və Maks Martini rol alıb.

Filmin mövzusu 2012-ci illərdə Benqazi və Liviyada baş verən hadisələri əhatə edir. Bir qrup terrorçu 11 sentyabr hadisəsini ABŞ səfirliyinə hücum ilə "bayram" etmək istəyirlər. Elit xüsusi təyinatlı qrupun "altılığ"ına isə ən son anda işə qarışmaq tapşırılıb. Lakin onlarla insan təhlükə altında olarkən borc və vicdan subordinasiyaya üstün gəlir. İgid əsgərlər dərhal qəzəbli terrorçu qrupuna qarşı döyüşə atılırlar. O döyüşə ki, böyük ehtimalla bu, hər altısı üçün sonuncu savaş olacaq.

Qeyd edək ki, "CinemaPlus" Azadlıq prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Keçən ilin dekabrında "28 Cinema" adını dəyişərək "CinemaPlus" olub.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi