Yuxarı

Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib

Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Seulda Cənubi Koreyanın "SHINee" musiqi qrupunun 27 yaşlı vokalçısı Kim Yon Hyon intihar edib.

"Report"un Cənubi Koreyanın "Yonhap" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, ölümə toksik qazlarla zəhərlənmə səbəb ola bilər.

Musiqiçini Seulun cənub-şərqindəki kirayə qaldığı mənzildə huşsuz vəziyyətdə aşkar ediblər. Bundan saat yarım əvvəl Kimin bacısı xilasetmə xidmətinə zəng edərək qardaşının intihar etmək niyyətində olduğunu söyləyib. Xəstəxanadan Hyonun öldüyü təsdiqlənib.

Qeyd edək ki, "SHINee" K-pop janrında məşhur qrupdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi