Yuxarı

Cenifer Lopezin konsertində tamaşaçılar təcili təxliyyə olunub - VİDEO

​Cenifer Lopezin konsertində tamaşaçılar təcili təxliyyə olunub

Amerikalı müğənni Cennifer Lopez Nyu-Yorkun "Madison Square Garden" idman kompleksində keçirilən konsertini elektrik enerjisinin kəsilməsi səbəbindən ləğv etmək məcburiyyətində qalıb.

"Report" "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, ifaçı baş verən hadisə ilə bağlı təəssüfləndiyini bildirib.

Elektrik enerjisi verilişində nasazlıq ərazidəki transformatorun yanması səbəbindən baş verib. Həmin zaman Lopez səhnəyə çıxmağa hazırlaşırmış. Sonradan o deyib ki, hamını sakit və tələsmədən təxliyyə ediblər. Müğənni şouya bilet alanlar qarşısında çıxış edəcəyinə söz verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi