Yuxarı

Cari ilin dekabr ayında Bakıda İSESCO ölkələrinin konfransı da keçiriləcək

III Dünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Bakı.19 may. REPORT.AZ/ Bu gün Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında keçirilən III Dünya Mədəniyyətlərarası Dialoq Forumu işini başa çatdırıb.

“Report” xəbər verir ki, iki gün davam edən Forumun bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyətlərarası Forumun dünyaya nümunə olduğunu, Azərbaycanın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkənin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisi olduğunu qeyd edib.

Əbülfəs Qarayev qeyd edib ki, bu gün Forum öz işini yekunlaşdırır: "Amma qonaqlarımız sabah da Bakıda qalacaqlar. Azərbaycanın görməli yerləri, tarixi məkanları ilə tanış olacaqlar. Azərbaycan belə nüfuzlu tədbirə ev sahibliyi etdi. Növbəti Forum 2 ildən sonra 2017-ci il ildə keçiriləcək. Azərbaycan IV Mədəniyyətlərarası Dialoq Forumunu da yüksək səviyyədə keçirəcək”.

Ə.Qarayev əlavə edib ki, cari ilin dekabr ayında Bakıda İSESCO ölkələrinin konfransı da keçiriləcək.

III Mədəniyyətlərarası Forumun balanış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser və Forumun işində iştirak edən qurumların nmayəndələri çıxış ediblər

Qeyd edək ki, forumda 100-dən çox ölkənin nümayəndəsi, 50-dən çox ölkənin nazir, nazir müavinləri, parlament təmsilçiləri və digər yüksək səviyyəli rəsmiləri, 10-dan çox beynəlxalq qurumun rəhbəri iştirak edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi