Yuxarı
    Bağlamaq

    Canluka Vakki: "Sizi mayın 6-da Bakı şopinq festivalında gözləyirəm"

    Canluka Vakki Elektra Hallda dicey proqramla çıxış edəcək

    Bakı. 2 may. REPORT.AZ/ Birinci Bakı Şopinq Festivalının fəxri qonağı olan italiyalı biznesmen və xeyriyyəçi, sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan Canluka Vakki "Instagram" səhifəsində Azərbaycan paytaxtına səfəri barədə paylaşım edib.

    "Report"un məlumatına görə, C.Vakki bunları yazıb: "Sizləri Bakıda şoppinq festivalda gözləyirəm. Şənbə günü mayın 6-da sizləri dicey proqramımda gözləyəcəyəm... zövq alın!"

    Qeyd edək ki, C.Vakki dicey proqramla "Elektra Hall"da çıxış edəcək. Tədbirə biletləri "Elektra Hall"ın kassalarından və ya 050-501-00-80 nömrəsinə zəng vuraraq sifariş etməklə əldə etmək olar.

    Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək keçirilir. Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosudur. Festival ildə iki dəfə keçirilir və bir neçə istiqaməti - ticarət, turizm, əyləncə, moda və mədəniyyət sahələrini əhatə edir.

    Festival çərçivəsində şəhərin çoxsaylı ticarət mərkəzləri qonaqlar xüsusi güzəştlər təklif edir, müvəqqəti ticarət məntəqələrində Azərbaycan və bir sıra digər xarici ölkələrin ticarət nişanları geniş miqyasda təqdim edilir. Azərbaycan vətəndaşları və xarici turistlər 100 AZN-dən çox mal alışı halında Tax Free (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə bilirlər.

    Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları - konsertlər, teatr və kino premyeraları, sərgi-yarmarkalar, moda nümayişi nümayiş etdirilir, gündəlik şoular - DJ-lərin və animatorların, müğənni və artistlərin çıxışları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları və s. təşkil olunur.

    Paytaxtın mərkəzində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulub, saat 08:0-dan 00:30-dək müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) xidmət göstərir. Daha ətraflı məlumatı festivalın bir neçə dildə fəaliyyət göstərən rəsmi saytından (www.bakushopfest.com) əldə etmək olar.

    Növbəti festival bu ilin oktyabr ayında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi