Yuxarı
    Bağlamaq

    ​Bu gün İsveç altıncı dəfə "Eurovision" mahnı müsabiqəsini qəbul edəcək

    Rəsmi açılış mərasimi axşam Stokholm ratuşasının binasında keçiriləcək

    Bakı. 8 may. REPORT.AZ/ Bu gün İsveçin paytaxtı Stokholmda "Eurovision" beynəlxalq mahnı müsabiqəsi start götürəcək.

    "Report" xəbər verir ki, rəsmi açılış mərasimi axşam saatlarında Stokholm ratuşasının binasında keçiriləcək.

    Bu il müsabiqədə 42 ölkənin nümayəndəsi təmsil olunacaq. 61-ci "Eurovision" müsabiqəsinin şüarı "Gəlin birlikdə"dir ("Come together"). İki yarımfinal 10 və 12 may, final isə 14 may tarixlərində keçiriləcək.

    Birinci yarımfinalda Rusiya, Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Niderland, Ermənistan, San-Marino, Çexiya, Kipr, Avstriya, Estoniya, Azərbaycan, Monteneqro, İslandiya, Bosniya və Herseqovina və Malta çıxış edəcək.

    İkinci yarımfinalda isə Latviya, Belarus, İrlandiya, Serbiya, İsrail, Polşa, Litva, Avstraliya, Makedoniya, İsveçrə, Albaniya, Bolqarıstan, Danimarka, Gürcüstan, Rumıniya, Sloveniya, Norveç, Ukrayna və Belçika iştirak edəcək.

    Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Müsabiqənin təsisçi ölkələri - İspaniya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya, həmçinin ötənilki qalib İsveç finala birbaşa keçəcək. İsveç müsabiqəni tarixində 6-cı dəfə qəbul edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi