Brilliant Dadaşova və Əlixan Səmədov Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Brilliant Dadaşova və Əlixan Səmədov Türkiyədə konsert proqramı ilə çıxış edəcək Cəmal Rəşid Rey konsert salonunda keçiriləcək konsert martın 20-də baş tutacaq
Şou-biznes
11 Mart , 2015 16:05
Brilliant Dadaşova və Əlixan Səmədov Türkiyədə konsert proqramı ilə çıxış edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə Türkiyədə silsilə bayram konsertləri keçiriləcək. Türkiyənin ən böyük konsert mərkəzlərindən biri olan Cəmal Rəşid Rey konsert salonunda Novruz bayramı münasibətilə Azərbaycanın iki tanınmış sənətkarının konsert proqramı olacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, martın 20-də Azərbaycanın xalq artisti Brilliant Dadaşova və uzun illərdir Türkiyədə Azərbaycan musiqisini şərəflə təmsil edən, balaban ustadı Əlixan Səmədovun solo-konsert proqramı keçiriləcək.

Konsert proqramında Brilliant Dadaşova və Əlixan Səmədovun yeni mahnıları səslənəcək. Proqramda xalq mahnıları və muğam parçaları da ifa ediləcək. 

Son xəbərlər

Orphus sistemi