"Beatles" qrupunun üzvü vəfat edib

"Beatles" qrupunun üzvü vəfat edib Endi Uayt 85 yaşında insultdan ölüb
Şou-biznes
12 Noyabr , 2015 11:31
Beatles qrupunun üzvü vəfat edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Məşhur "Beatles" qrupunun üzvü, qrupun zərb alətlərində ifa edən Endi Uayt 85 yaşında Nyu-Cersi ştatında vəfat edib.

"Report" xəbər verir ki, Uaytın ölüm səbəbi kimi insult keçirməsi göstərilib.

Qeyd edək ki, musiqiçi 1930-cu ildə Şotlandiyada anadan olub. 1962-ci ildə məşhur "Beatles" qrupuna barabançı kimi çalışmaq üçün dəvət edilib. Endi Uayt uzun illər qrupun üzvlərini müşayiət edib, müxtəlif ölkələrdə qastrol səfərlərində olub. Onu "Beşinci Bitlzçı" adlandırıblar.

Son xəbərlər

Orphus sistemi