Baş nazirin müavini: "Türkiyə gələn il də “Eurovision”da iştirak etməyəcək"

Baş nazirin müavini: "Türkiyə gələn il də “Eurovision”da iştirak etməyəcək" Bəkir Bozdağ: ““Eurovision” yarışmasında yenidən iştirakmız mümkün deyil”
Şou-biznes
7 Avqust , 2017 17:24
Baş nazirin müavini: Türkiyə gələn il də “Eurovision”da iştirak etməyəcək

Bakı. 7 avqust. REPORT.AZ/ "Türkiyə “Eurovision-2018” mahnı müsabiqəsində iştirak etməyəcək".

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Bəkir Bozdağ avqustun 7-də Ankarada jurnalistlərlə görüşündə bildirib.

““Eurovision” yarışmasında yenidən iştirakmız mümkün deyil”, - deyə B.Bozdağ vurğulayıb.

Qeyd edək ki, avqustun 2-də Türkiyənin NTV televiziyası Türkiyənin “Eurovision-2018”də iştirakı barədə məlumat yaymışdı. TRT-nin İdarə Heyətinin bu barədə qərar qəbul etdiyi bildirilmişdi. Müsabiqədə “Manga” qrupunun iştirak edəcəyi də qeyd olunmuşdu.

Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə bu müsabiqəyə qatılıb, 2003-cü ildə Sertab Erener yarışmanın qalibi olub.

Türkiyə yarışda sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub.

Qeyd edək ki, “Eurovision-2018” mahnı müsabiqəsi Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi