Bakıda türkiyəli stilist Zeynep Kartalın kolleksiyası açılacaq

Bakıda türkiyəli stilist Zeynep Kartalın kolleksiyası açılacaq Dəfilədə "Bahar Qızı" adlı milli geyim də nümayiş olunacaq
Şou-biznes
16 Mart , 2017 20:58
Bakıda türkiyəli stilist Zeynep Kartalın kolleksiyası açılacaq

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın moda aləmi Novruz bayramını məşhur türkiyəli stilist Zeynep Kartalın "Bahar Qızı" adlı kolleksiyası ilə qarşılayacaq.

TRT Bakı Təmsilçiliyindən "Report"a verilən məlumata görə, Zeynep Kartalın 2017 Payız-Qış kolleksiyasının açılışı, London Moda Həftəsindən sonra Azərbaycanın paytaxtı Bakıda açılacaq.

Moda Həftəsinin açılışı martın 17-də saat 20:00-da reallaşacaq. Dəfilənin sonunda Novruz Bayramı üçün xüsusi olaraq hazırlanan "Bahar Qızı" adlı milli geyim nümayiş olunacaq. Təqdimatda azərbaycanlı dizayner Günel Behdudova da podiuma çıxacaq.

Dəfilədən əvvəl iş adamı Ömər Faruk Özgülün sponsorluğunda “15 Iyul Foto Sərgisi” xain çevriliş gecəsi yaşanan analar Azərbaycan xalqının ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi