Yuxarı

Bakıda Türkiyə superstarının halı pisləşib: konsert yarımçıq dayanıb

O, ev şəraitində müalicə olunur

Bakı.8 dekabr. REPORT.AZ/ Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın Bakıda halı pisləşib. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə superstarın ötən həftə Bakıda verdiyi konsert zamanı olub.

Konsertin hansı məkanda və nə vaxt keçirilməsi açıqlanmır.

Halı pisləşən Ajda Pekkan konsertini yarımçıq başa vurub.

Qeyd edək ki, 69 yaşlı Ajda Pekkan ürək xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyədə verdiyi konsert zamanı halı pisləşmiş və həkimlər ona uzun müddət konsert verməməyi məsləhət görmüşdülər. Musiqisiz yaşaya bilməyən superstar yeni ildə böyük məbləğ qarşılığında səhnəyə çıxacaq. Hələlik Ajda Pekkan ev şəraitində müalicə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi