Muğam Mərkəzində “Sehrli simlər” adlı möhtəşəm kamera konserti keçirilib

Muğam Mərkəzində “Sehrli simlər” adlı möhtəşəm kamera konserti keçirilib Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Sehrli simlər” adlı gənc violinoçular ansamblının konserti keçirilib.
Şou-biznes
30 Dekabr , 2018 02:03
Muğam Mərkəzində “Sehrli simlər” adlı möhtəşəm kamera konserti keçirilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Sehrli simlər” adlı gənc violinoçular ansamblının konserti keçirilib.

“Report” xəbər verir ki, bayram konserti Mədəniyyət Nazirliyi, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatı dəstəyi ilə reallaşıb.

Tədbirdə Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin direktoru, “Sehrli simlər” gənc violinoçular ansamblının bədii rəhbəri, Əməkdar müəllim İlhamə Ağayeva çıxış edib.

Sonra təqdim edilən konsert proqramında “Sehirli simlər” violinoçular ansamblının ifasında Qara Qarayevin - “Prelüdiya”, Vaqif Mustafazadənin - “Mart”, Osvaldo Farresin - “Kissas”, Skott Coplinin - “Reqtaym”, Vasif Adıgözəlovun - “Laylay”, Astor Pyasollanın - “Oblivion”, Edvard Alqarın - “Məhəbbət himni” və digər tanınmış xarici və Azərbaycan bəstəkarlarının məşhur əsərləri səslənib.

Daha əvvəl Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçirilib.

Son xəbərlər

Orphus sistemi